Keçmiş məhkum narkotik satanda tutuldu
28 avqust 2019 11:42 (UTC +04:00)

Keçmiş məhkum narkotik satanda tutuldu

0
Astara rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 6 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq dövriyyədən çıxarılıb.
 
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Astara rayon Polis Şöbəsi əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti uğurlu əməliyyat tədbiri nəticəsində Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Nurəddin Muradov külli miqdarda narkotik vasitə olan tiryəki satarkən cinayət başında saxlanılıb. Astara şəhəri Həzi Aslanov küçəsində saxlanılan N.Muradovun əlindəki sellofan torbadan 6 ədəd bağlamada ümumi çəkisi 5 kiloqram 930 qram narkotik vasitə tiryək aşkarlanaraq götürülüb. N.Muradov narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı Səyavuş adlı şəxsdən əldə etdiyini bildirib.
 
Faktla bağlı Astara rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 560

Oxşar yazılar