Keçmiş məhkum heroin və marixuan ilə tutuldu
16 mart 2019 18:00 (UTC +04:00)

Keçmiş məhkum heroin və marixuan ilə tutuldu

0
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş S.Mirzəquliyev saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan heroin aşkarlanıb.
 
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq heroin və tiryək, həmçinin bir kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.
 
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 992

Oxşar yazılar