Keçmiş məhkum avtobus yandırdı
Abşeronda avtobus yanıb.
Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 12-də saat 4 radələrində Abşeron rayonu, Nübar qəsəbəsi ərazisində qəsəbə sakini K.Nəcəfova məxsus “İsuzu” markalı avtobus yandırılıb. Nəticədə yanar konstruksiyalar yanıb, xəsarət alan olmayıb.
Avtobusu yandıran Sabirabad şəhər sakini, əvvəllər məhkum olunmuş H.Nəsirov könüllü olaraq Abşeron rayon Polis İdarəsinə gələrək istintaqa təslim olub.
Faktla bağlı araşdırma aparılır.
677