<b>Keçmiş ərini öldürən qadın "ZEK"-ə <span style="color:red;">12 İL HƏBS </b>
16 may 2016 15:32 (UTC +04:00)

Keçmiş ərini öldürən qadın "ZEK"-ə 12 İL HƏBS

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində  keçmiş ərini öldürməkdə təqsirli bilinən 1985-ci il təvəllüdlü Səbinə İmanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

 

 

Lent.az-ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

 

Hakimlər kollegiyasının hokmü ilə Səbinə İmanova 12 il müddətinə azadlıqdan məhrum edilib.

 

Xatırladaq ki, ötən proses prokuror çıxışında Səbinə İmanovanın 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

 

 

Qeyd edək ki, qətl keçən il Nəsimi rayonunda baş verib. Səbinə İmanova keçmiş əri olan Adil Məmmədovu nənəsigilə qonaq çağırıb. Onlar birlikdə yemək yeyiblər, 0,7 litr həcmində spirtli içki qəbul ediblər. Bu zaman onlar arasında qısqanclıq zəminində mübahisələr yaranıb. Bu zaman Səbinə İmanova bıçaqla keçmiş ərini qətlə yetirib. Ona Cinayət Məcələsinin 120-ci (qəsdən adam öldürmə)  maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Səbinə İmanova bundan qabaq narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək məhbusluq həyatı yaşayıb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 179
avatar

Səlcuq Elçin

Oxşar yazılar