Oktyabrın 16-da saat 04.00 radələrində Yevlax rayonu Füzuli küçəsində yanğın hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayon sakini Elçin Bağırov münaqişə zəminində həmin küçədəki 1 saylı Bazara məxsus mehmanxananın otaqlarından birində yaşayan keçmiş arvadı Aybəniz Quliyevanın otağını yandırıb. Nəticədə evin giriş qapısı yanıb, xəsarət alan olmayıb.
Yevlax RPŞ tərəfindən araşdırmalar aparılır.