Kafedə dava düşdü: Yaralı var
15 sentyabr 2016 05:12 (UTC +04:00)

Kafedə dava düşdü: Yaralı var

0

Qaradağ rayonunda kafedə düşən dava bıçaqlanma ilə nəticələnib.

 

Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, hadisə rayonun Lökbatan qəsəbəsində baş verib. Kafenin müştəriləri olan Etibar Mövlan oğlu Əliyevlə Cavid adlı şəxs arasında mübahisə düşüb. Mübahisə zamanı Cavid cibindən çıxardığı bıçaqla Etibar Əliyevin döş nahiyəsindən bir zərbə vurub.

 

Hadisədən sonra Cavid kafeni tərk edib. Yaralı hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər.

 

Faktla əlaqədar Qaradağ rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən Cavid adlı şəxsin axtarışları davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 334

Oxşar yazılar