Kadırov: “İblis dövləti” qərb xüsusi xidmət orqanları tərəfindən yaradılıb
19 iyul 2015 04:12 (UTC +04:00)

Kadırov: “İblis dövləti” qərb xüsusi xidmət orqanları tərəfindən yaradılıb

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov İraqda 120 dinc sakinin ölümü ilə nəticələnən terror aktı ilə bağlı fikrini bildirib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Ramzan Kadırov faciə ilə bağlı fikirlərini Facebook səhifəsində bölüşüb.

 

““İblis dövləti” bu terror aktını törətdiyini bəyan edib. Mən dəfələrlə demişəm və bir daha qeyd edirəm ki, bu dəstənin İslamla heç bir əlaqəsi yoxdur. O qərb xüsusi xidmət orqanları tərəfindən yaradılıb və bütünlüklə onlara tabedir! Müqəddəs gündə qan axıdanlara lənət olsun!” deyə Kadırov bildirib.  

 

Kadırov qeyd edib ki, müxtəlif ölkələrdəki gənc müsəlmanlar Yaxın Şərqdəki hadisələri düzgün anlamalı olduqlarını qeyd edib və İŞİD-in Qiyamət günündə cəzasının ağır olacağını vurğulayıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 229
avatar

Oxşar yazılar