[b]Jurnalist Fikrət Fərəməzoğluna cinayət işi açılıb[/b]
04 iyul 2016 12:45 (UTC +04:00)

[b]Jurnalist Fikrət Fərəməzoğluna cinayət işi açılıb[/b]

0

 

Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlunun polis tərəfindən tutulduğu məlum olub.

 

Bu barədə APA-ya  vəkil Nemət Kərimli məlumat verib.

 

Onun sözlərinə görə, iyulun 2-də Nərimanov rayon Məhkəməsində F. Fərəməzoğlu barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Jurnalist Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələb etmədə) maddəsi ilə təqsirləndirilir: “Əldə etdiyimiz məlumata görə, jurnalist Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Lakin bu barədə heç bir rəsmi məlumat verilmir. Böyük ehtimalla o bu gün istintaq təcridxanasına köçürüləcək”.

 

Qeyd edək ki, F. Fərəməzoğludan iyunun 30-dan bəri heç bir xəbər yox idi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 346

Oxşar yazılar