İTV əməkdaşının intihar etdiyi məlum oldu - <span style="color:red;">YENİLƏNİB
27 fevral 2016 05:06 (UTC +04:00)

İTV əməkdaşının intihar etdiyi məlum oldu - YENİLƏNİB

0

APA-nın məlumatına görə, onun meyiti ötən gün “Cristall hall” yaxınlığında dənizdə aşkar edilib.

 

Hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, Rəşad Əliyevin meyiti üzərində heç bir zorakılıq əlamətləri və xəsarətlər aşkar edilməyib. Onun intihar etdiyi ehtimal olunur. Bu gün meyit ailəsinə təhvil veriləcək.

 

Faktla bağlı araşdırma aparılır. 

 

Mahir Məmmədli

 

***
İctimai Televiziyanın (İTV) itkin düşmüş əməkdaşı Rəşad Əliyevin meyiti tapılıb.

Suraxanı rayon Polis İdarəsindən  APA-ya verilən məlumata görə, R. Əliyevin meyiti bu gün “Cristall hall” yaxınlığında dənizdə aşkar edilib.

 

Hazırda faktla bağlı araşdırma aparılır.  

 

Qeyd edək ki, 1973-cü ildə anadan olmuş Əliyev Rəşad Fikrət oğlu 23 yanvar 2016-cı il tarixdə Bakı şəhərinin Bülbülə qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. O, İctimai Televiziyada quruluşçu rejissor vəzifəsində çalışıb. R. Əliyev əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğludur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 538

Oxşar yazılar