Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Xaçmazda baş verən qətllə bağlı birgə məlumat yayıb.
Lent.az-ın Baş Prokurorluğun saytına istinadən xəbərinə görə, məlumatda bildirilir ki, iyulun 7-də Xaçmaz rayonunun Günəşli kəndi ərazisində fəaliyyət göstərən istirahət mərkəzlərinin birində Biləsuvar rayon sakini Ramil Abbaslı aralarında yaranmış münaqişə zəminində üstündə gəzdirdiyi bıçaqla Xaçmaz şəhər sakini Famil Məmmədovu qətlə yetirib.
Rayon Polis Şöbəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Ramil Abbaslı şübhəli şəxs qismində tutulub.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.