Bir neçə gün əvvəl İstanbulda terror təşkilatlarına qarşı keçirilən əməliyyatda saxlanılan azərbaycanlı "İŞİD" üzvü barəsində məhkəmə həbs-qətimkan tədbiri seçib.
Lent.az Doğan Xəbər Agentliyinə istinadən xəbər verir ki, "İŞİD"in tanınmış simalarından olan və özünü İstanbulun əmiri elən edən Abdulla Abdullayevin daxil olduğu 15 şübhəli məhkəmə qarşısına çıxarılıb. Məhkəmə 3-ü İŞİD, 2-si isə PKK üzvü olan 5 nəfərin həbsdə saxlanmasına qərar verib.
Qeyd edək ki, Türkiyədə terror təşkilatlarına qarşı əməliyyatlar davam edir.