Fövqəladə Hallar Nazirliyi (FHN) İsmayıllı rayonunda meşə ərazisindəki yanğınla bağlı məlumat yayıb.
APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, rayonun Qaraqaya kəndində meşə ərazisində 20 hektar sahədə kol-kos, quru ot və ağaclar yanıb. Hadisə yerinə nazirliyin aviasiya dəstəsinin 2 helekopteri, 1 təyyarəsi, Dövlət Yanğından Mühafizə Xidmətinin 3 yanğınsöndürmə maşını cəlb olunub. Prosesdə canlı qüvvə olaraq 50 nəfər yanğınsöndürən, 30 nəfər meşə təsərrüfatı işçisi və 40 nəfər kənd sakini iştirak edib.
Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.