<b>İsmayıllıdakı hovuz faciəsi ilə bağlı <span style="color:red;">EKSPERTİZALAR TƏYİN EDİLDİ </b>
08 iyul 2017 11:45 (UTC +04:00)

İsmayıllıdakı hovuz faciəsi ilə bağlı EKSPERTİZALAR TƏYİN EDİLDİ

Daxili İşlər Nazirliyi İyulun 7-də İsmayıllı rayonunun İstisu kəndinin ərazisində yerləşən istirahət mərkəzlərindən birində baş vermiş faciə ilə bağlı rəsmi məlumat yayıb.

 

Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, ötən gün Bakı şəhər sakinləri Emil Adıgözəlov və Gülhüseyn Quliyev hovuzda çimərkən elektrik cərəyanı vurması nəticəsində ölüblər.

Həmin vaxt onlara kömək məqsədilə hovuza düşən paytaxt sakinləri Zaur Əliyevi və Eltəkin Umarovu da elektrik cərəyanı vurduğundan xəstəxanaya yerləşdiriliblər.

 

Onu da qeyd edək ki, Baş Prokurorluq da İsmayıllı rayonunda istirahət mərkəzində iki nəfərin ölümü, iki nəfərin isə xəsarət alması ilə nəticələnən hadisə barədə məlumat yayıb.

 
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
 
Hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi məqsədi ilə iş üzrə müvafiq ekspertizalar təyin edilib.
 
Hazırda hadisənin baş verməsində təqsiri olan, eləcə də texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifələri həvalə edilmiş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.
 
 
 

 

# 171
avatar

Oxşar yazılar