İsmayıllı rayonunda həmyerlilər arasında yaşanan kütləvi münaqişə bıçaqlanma ilə nəticələnib.
Lent.az-ın Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, avqustun 21-də İsmayıllı rayonunun Yuxarı Cülyan kəndində rayon sakinləri Seyfi Hacıyev, Arif Hacıyev və Aqil Mustafayev ilə həmyerliləri Nemət Salmanov və Elşən Səfərov arasında münaqişə baş verib.
Bu zaman E.Səfərov bıçaqla S.Hacıyevə, A.Hacıyevə və A.Mustafayevə xəsarət yetirib, habelə hadisə zamanı N.Salmanov da xəsarət alıb.
İsmayıllı RPŞ tərəfindən görülən tədbirlərlə E.Səfərov tutulub.