İsmayıllı rayonunda yağan yağışlar ciddi fəsadlar törədib.
Fövqəladə Hallar Nazirliyinin ( FHN) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İsmayıllı rayonunda yağan yağışlar səbəbindən yaşayış evlərinə və həyətyanı sahələrə suyun dolması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Şimal-Qərb Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və suçəkmə işləri aparılmasını təmin ediblər. Əməliyyat saat 22:30-da başa çatıb.