İsmayıllıda 77 yaşlı kişini avtomobil vurdu
23 iyun 2019 16:55 (UTC +04:00)

İsmayıllıda 77 yaşlı kişini avtomobil vurdu

0
İsmayıllı rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
APA-nın yerli bürosunun xəbərinə görə İsmayıllı şəhər sakini, 1942-ci il təvəllüdlü Bayramov Abbas Xasay oğlu ağır kəllə-beyin travması və qolun sınığı diaqnozu ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
Xəstənin yaxınları yaşlı kişinin yıxılaraq xəsarət aldığını deyərək həkimlərə yalan məlumat veriblər. Polis əməkdaşları tərəfindən araşdırma zamanı məlum olub ki, ahıl kişini yolu keçəndə "NİVA" markalı minik avtomobili vurub. Hazırda onun vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 789

Oxşar yazılar