İŞİD silahlıları 20 türk hərbçisini əsir götürdü
01 oktyabr 2014 07:36 (UTC +04:00)

İŞİD silahlıları 20 türk hərbçisini əsir götürdü

«İslam Dövləti” terror qruplaşmasının silahlıları Suriyanın Hələb şəhərində 20 türk hərbçisini əsir götürüb. Lent.az-ın APA-ya  istinadən verdiyi xəbərə görə, bu barədə Livanın “Əl Mayəddin” telekanalı məlumat yayıb. Məlumata görə, əsir götürülən hərbçilər Osmanlı imperiyasının hökmdarlarının əcdadı Süleyman Şahın məqbərəsini qoruyurmuşlar. 

 

 Türkiyənin baş nazirinin müavini Bülənt Arınç bundan əvvəl məqbərənin «İslam Dövləti” silahlılarının mümkün hücumlarından qorunmasının vacibliyini qeyd etmişdi. O, həmçinin Suriya və İraqa hərbi müdaxiləni nəzərdə tutan mandatın artıq Türkiyə parlamentinə təqdim olunduğunu  bildirmişdi.   

 

Qeyd edək ki, Süleyman Şahın məqbərəsi Hələb şəhəri yaxınlığında, Cabir qalasının yanında yerləşir. 1921-ci ildə imzalanmış müqaviləyə əsasən, məqbərə Suriya ərazisində türk anklavı hesab edilir və Türkiyə hərbçiləri tərəfindən mühafizə olunur. 

# 2575
avatar

Oxşar yazılar

Qazaxda çay daşdı

Qazaxda çay daşdı

26 may 2024 , 12:05
Siyəzəndə 45 yaşlı kişi  özünü güllələdi

Siyəzəndə 45 yaşlı kişi özünü güllələdi

26 may 2024 , 11:43
Bakıda yaşayış binasında YANĞIN

Bakıda yaşayış binasında YANĞIN

26 may 2024 , 10:13
Nardarandakı bu çimərliklə bağlı  QƏRAR

Nardarandakı bu çimərliklə bağlı QƏRAR

25 may 2024 , 22:57
Lənkəranda 2 yaşlı uşaq ikinci mərtəbədən yıxıldı

Lənkəranda 2 yaşlı uşaq ikinci mərtəbədən yıxıldı

25 may 2024 , 20:24
Rusiya bu azərbaycanlını deportasiya etdi

Rusiya bu azərbaycanlını deportasiya etdi

25 may 2024 , 19:14
Bakıda evdən qadın meyiti tapıldı

Bakıda evdən qadın meyiti tapıldı

25 may 2024 , 17:53
Bakıda qadın evdən pul və 3 telefon  oğurladı

Bakıda qadın evdən pul və 3 telefon oğurladı

25 may 2024 , 17:06