İŞİD “Boko Harama”a yeni başçı təyin etdi
03 avqust 2016 20:24 (UTC +04:00)

İŞİD “Boko Harama”a yeni başçı təyin etdi

0

Nigeriyada “Boko Harama” terror qruplaşmasının yeni başçısı məlum olub.

 

APA-nın Assosiated Press agentliyinə istinadən verdiyi xəbərə görə, İŞİD tərəfindən təyin edilən Əbu Məsab əl-Bərnavi Əbubəkir Şekaunu əvəzləyib.

 

Bildirilir ki, yeni başçı müsəlmanların ziyarət etdiyi məscid və bazarlarda terror aktları törətməməyə söz verib.

 

“Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır. Qruplaşma ötən il “sədaqət andı" içərək İŞİD-lə birləşib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 319

Oxşar yazılar