İrandan ölkəyə gətirilən külli miqdarda narkotikin qarşısı alınıb
26 dekabr 2014 10:47 (UTC +04:00)

İrandan ölkəyə gətirilən külli miqdarda narkotikin qarşısı alınıb

Azərbaycan sərhədçiləri tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ölkəyə külli miqdarda narkotik vasitənin gətirilməsinin qarşısı alınıb.

 

Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.

 

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayonunun Bəhramtəpə qəsəbəsi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsindən İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin gətirilməsinin qarşısı alınıb. Nəticədə 7 kq 800 qram qurudulmuş marixuana dövriyyədən çıxarılıb.

 

Hazırda fakt üzrə DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 119
avatar

Oxşar yazılar