Dünyanın ən varlı üçüncü adamı bir günə 25 milyard  itirdi
13 dekabr 2025 10:11 (UTC +04:00)

Dünyanın ən varlı üçüncü adamı bir günə 25 milyard itirdi

0

“Oracle” şirkətinin direktorlar şurasının sədri Larri Ellison səhmlərin dəyərinin 11% kəskin ucuzlaşması nəticəsində bir gün ərzində 24,9 milyard dollar itirib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Ellisonun maliyyə itkiləri onun oğlu, “Paramount Skydance” şirkətinin rəhbəri Devid Ellisonun “Warner Bros. Discovery” şirkətini 108 milyard dollara almaqla bağlı irəli sürdüyü, “düşməncəsinə təklif” adlandırılan təşəbbüsü dəstəkləməsi ilə əlaqələndirilir. Bu təşəbbüs Netflix ilə sözügedən şirkət arasında daha əvvəl əldə olunmuş razılaşmanı pozmağa yönəlib.

Oğluna göstərdiyi dəstək Larri Ellisonun maddi vəziyyətinə ciddi təsir göstərib. Səhm qiymətlərinin düşməsi nəticəsində o, “Bloomberg”in “Milyarderlər İndeksi” reytinqində üçüncü yerə geriləyib və hazırda onun sərvəti 258 milyard dollar olaraq qiymətləndirilir. Birinci yeri hələ də İlon Mask (462 milyard dollar) tutur, ikinci yerdə isə “Google”un həmtəsisçisi Larri Peyc (268 milyard dollar) qalır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 235

Oxşar yazılar