Astara Gömrük Sərnişin şöbəsində İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və onun üzərində qanunvericiliyə uyğun olaraq şəxsi yoxlama aparılıb. Lent.az Gömrük Komitəsinə istinadən xəbər verir ki, şəxsi yoxlama zamanı onun daxili orqanından xalis çəkisi 48.41 qram təşkil edən narkotik vasitə heroin aşkar olunaraq götürülüb.
Əməliyyat Astara sərhəd nəzarət məntəqəsinin əməkdaşları ilə birgə keçirilib.
Faktla bağlı araşdırma aparılır.