İran vətəndaşına saxta cihaz satıb, telefonu söndürdülər
Bakıda İran vətəndaşına qarşı dələduzluq edilib.
APA-nın məlumatına görə, İran İslam Respublikasının vətəndaşı Poştkuhi Həmid Məhəmməd oğlu Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək tanımadığı qadının ona zəng edərək şirkət nümayəndəsi olduğunu, 195 manat müqabilində “Azərfon” mobil operatoruna məxsus bir ədəd mobil nömrə və “Mİ-Fİ” cihazı satacağını bildirib.
İran vətəndaşı həmin təklifi qəbul edib və deyiləni alıb. Lakin sonradan mobil nömrənin və cihazın işləmədiyi məlum olub. H.Poştkuhi qadının nömrəsinə zəng etsə də, ona zəng çatmayıb.
Faktla bağlı araşdırma aparılır.
540