İmişlidə iribuynuzlu heyvan oğurlamış şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyunun 16-na keçən gecə İmişli rayonunun Qaradonlu kənd sakini Əlizamin Mehdiyevin həyətindən 3 baş inək oğurlanıb.
İmişli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Murad İsmayılov, Xəzər Əmirli və qardaşı Araz tutulublar.
Araşdırma aparılır.