İndoneziyada toya gedən kater qəzaya uğradı: 17 ölü
09 oktyabr 2014 04:06 (UTC +04:00)

İndoneziyada toya gedən kater qəzaya uğradı: 17 ölü

0

İndoneziyanın Yava adası yaxınlığında katerin qəzaya uğraması nəticəsində ən azı 17 nəfər ölüb.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, ölənlərdən ən azı 3-ü uşaqlardı.

 

Doqquz uşaq daxil olmaqla daha 24 nəfər itkin düşmüş hesab edilir. Səkkiz nəfərin həyatını xilas etmək mümkün olub.

 

Şahidlərin sözlərinə görə, katerin göyərtəsində 49 nəfər olub. Onlar  Şərqi Yava əyalətindən Bali adasına  toy məclisinə yollanırmışlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1001

Oxşar yazılar