Teleaparıcı İlham Mirzəyev bıçaqlanma xəbərindən danışıb. Lent.az-ın məlumatına görə, teleaparıcı “Facebook” səhifəsində status paylaşaraq, məlumatı təkzib edib: “Haqqımda yazılan informasiya doğru deyil. Bakıdayam. Keçən ay baş vermiş hadisəni niyə indiki kimi göstərilməsi, məlum deyil. Bu barədə saytlara yenə açıqlama veriləcək”.
****
13:32
Tanınmış teleaparıcı İlham Mirzəyevin bıçaqlanması xəbəri yalan çıxdı. Bu barədə “Qafqazinfo”ya İlham Mirzəyevin prodüseri məlumat verib.
O, sözügedən informasiyanın yalan olduğunu qeyd edib:
“Bu yalan məlumatdır. İlham müəllim Bakıdadır, sağ-salamatdır. Bu gün axşam da "Space" kanalında yayımlanan verilişinin çəkilişində olacaq”.
Qeyd edək ki, bu gün AzNews.az saytı teleaparıcının Türkiyədə bıçaqlandığı barədə məlumat yayıb
****
Teleaparıcı İlham Mirzəyev bıçaqlanıb.
Lent.az-ın AzNews.az-a istinadən xəbərinə görə, bu barədə “Space” kanalından məlumat veriblər.
Məlumatda bildirilib ki, bıçaqlanma hadisəsi qonşu Türkiyədə baş verib. Hazırda aparıcının səhhəti normaldır. Həkim nəzarəti altında olan İlham Mirzəyev özü isə Azərbaycana dönmək istəmir.
Xatırladaq ki, İ.Mirzəyev ötən ay iyunun 14-də axşam saatlarında çalışdığı "Space" kanalının arxa qapısından çıxıb avtomobilinə yaxınlaşarkən, başqa bir avtomobildən 4 nəfər düşərək onu döymüşdü.
Qeyd edək ki, İ.Mirzəyevlə əlaqə saxlamağa çalışsaq da, aparıcının nömrəsinə zəng çatmadı.