Azərbaycan Ordusunun əsgəri yaralanıb.
APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Bakı ətrafındakı hərbi hissələrindən birində qeydə alınıb. Həmin hərbi hissənin əsgəri, 19 yaşlı Elməddin Hüseynov postda olarkən ona yaxınlaşan ilana tabeliyindəki avtomat silahdan bir neçə dəfə atəş açıb. Nəticədə güllələrdən biri onun öz ayağına dəyib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Qeyd edək ki, E. Hüseynov Samux rayonundan həqiqi hərbi xidmətə çağırılıb.