Xəzər Universitetinin təsisçisi və sabiq rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayeva bu il martın 9-da Bakının Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində iki qardaş tərəfindən döyülüb.
Lent.az-ın xəbərinə görə, sosial şəbəkələrdə Ülkər İsayevanın fiziki təzyiqə məruz qaldığı video da yayılıb.
ANS-Press-in məlumatına görə, bu il martın 9-da Məmmədov Zaur Muxtar oğlu saat 04:25 radələrində qardaşı Elin Məmmədovla birgə daha bir neçə nəfərlə sərxoş vəziyyətdə ictimai yerdə, Bakı şəhəri Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində heç bir səbəb olmadan tanışları İsayeva Ülkər Hamlet qızını idarə etdikləri 90 KU 050 dövlət nömrə nişanlı “ BENTLEY” markalı avtomobildən zorla çəkib çıxarmaqla yerlə sürüyərək, əl və ayaqla zərbələr endiriblər. Hadisəni görən vətəndaşların müdaxiləsindən sonra Ülkər İsayeva taksiyə əyləşərək hadisə yerindən uzaqlaşmaq istəsə də, ona imkan verməyiblər. Onlar Ü. İsayevanı zorla taksidən düşürərək, yerlə sürüyüb, təkrar əl və ayaqla xəsarət yetiriblər. Ətrafdakıların müdaxiləsindən sonra Ü. İsayevaya təkrar təzyiq göstərərək, onu “Bentley” markalı minik avtomobilinə otuzdurublar.
Bakı şəhəri Baş Polis İdarəsinin istintaq və təhqiqat idarəsinin ağır cinayətlərin istintaqı şöbəsinin xüsusi ilə mühüm işlər üzrə baş müstəntiqi Yasin Mikayıllının 14 mart 2015- ci il tarixli vəsatəti əsasında ibtidai araşdırmaya prosessual rəhbərlik həyata keçirən Bakı şəhər prokurorunun müavini Azər Əsgərov eyni tarixli təqdimatla məhkəməyə müraciət edib. Müraciətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 222.2.1-ci maddəsi ilə təqsirləndirən şəxs qismində cəlb edilmiş Məmmədov Zaur Muxtar oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilib.
Qeyd edək ki, aparılan istintaq hərəkətləri üzrə martın 12-də saxlanılmış. Z. Məmmədova CM- nin 221.2.1-ci maddəsi ilə ittiham elan edilib. Zaur və Elin Məmmədov qardaşları barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Bakı Şəhər Prokurorluğu tərəfindən Xətai rayon Məhkəməsinə təqdimat verilib. Lakin Xətai rayon Məhkəməsinin hakimi Raziyə Ataşova tərəfindən çıxarılan qərara əsasən qardaşlar məhkəmə zalından azadlığa buraxılıblar.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov belə hadisənin baş. verdiyini təsdiqləyib.