Martın 17-də Şabran rayonunun Qarabağlar qəsəbə sakinləri Cəmil Ağayev və qardaşı Taleh qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Lent.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, Qusar rayonunda yaşayan Əliyulla Ulubəyov və arvadı Salixat isə dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib.
Hər iki faktla bağlı araşdırma aparılır.