Dünən iki nəfər elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
Lent.az-ın Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, avqustun 23-də Xaçmaz şəhər sakini Hüseyn Hüseynov həyətində elektrik dirəyinə çıxaraq təmir işləri görərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.
Bundan başqa, dünən Bərdə rayonunun Xanağalı kəndində kənd sakini Bəhmən Şəmdinov transformatora müdaxilə edərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.