İki nəfəri ilan sancdı
30 may 2017 22:25 (UTC +04:00)

İki nəfəri ilan sancdı

0

Goranboyda iki nəfəri ilan sancıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Veyisli kənd sakini 1988-ci il təvəllüdlü Zalid Hüseynov sol əlinin ilan sancması xəsarəti ilə Rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Z. Hüseynovun deməsinə görə, o ağacda tut yığarkən ilan onun sol əlindən sancıb.

 

Rayonun Qarapirimli kənd sakini 1959-cu il təvəllüdlü Əmiraslan Ağayev sol daban nahiyəsinin ilan sancması xəsaərti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Ə. Ağayevin sözlərinə görə, o ot biçən zaman ilan onu sancıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 243

Oxşar yazılar