Bakıda iki nəfər batmaq təhlükəsi ilə üzləşib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Səbail rayonunda (“Şıx-2” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşən 1 nəfər dalğıc-xilasediciləri tərəfindən xilas olunub.
Batmaq təhlükəsi ilə üzləşmiş daha 1 nəfər isə Sabunçu rayonunda (“Fatmayi” sularda xilasetmə məntəqəsinin ərazisində) xilas olunub.