İki gündə yollarda 11 nəfər ölüb
09 sentyabr 2019 10:15 (UTC +04:00)

İki gündə yollarda 11 nəfər ölüb

0
 
Respublikanın daxili işlər orqanları sentyabrın 7 və 8-də törədilən 40 cinayətin üstünü “isti izlər”lə açıb.
 
Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub.    
 
Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Respublikanın avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 11 nəfər ölüb, 4 nəfər xəsarət alıb.   
 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.
 
Mehman Nəbiyev
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 708

Oxşar yazılar