İki gündə 4 nəfər dərmandan zəhərlənib
Son iki gündə toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı müraciət edənlərin sayı açıqlanıb.
1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudovun Lent.az-a verdiyi məlumata görə, iki gün ərzində şöbəyə 6 nəfər müraciət edib. Onun sözlərinə görə, müraciətlərdən 4-ü istifadə edilən dərmanların orqanizmə verdiyi əks reaksiyalar səbəbilə baş verən zəhərlənmələrdir. Qalan ikisi isə allergiya ilə bağlıdır.
780