İki erməni Azərbaycana keçdi
18 mart 2013 17:59 (UTC +04:00)

İki erməni Azərbaycana keçdi

Martın 16-da Ermənistan Respublikasının Noyemberyan rayonu Dovex kənd sakini Karyan Durmuş Sarkisoviç saat 16.50-də, martın 17-də isə Ermənistan Respublikasının İcevan rayonu Ayqovid kənd sakini Arakelyan Anahid Hamazasovna saat 16.20-də Azərbaycan ərazisinə keçib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hər iki şəxs təmas xəttinin Qazax rayonu istiqamətində Azərbaycan tərəfə keçərkən Silahlı Qüvvələrimiz tərəfindən saxlanılıblar.

 

Əsirlərin hansı səbəbdən təmas xəttini pozmaları araşdırılır. Hazırda onlar Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının ixtiyarına verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2231
avatar

Oxşar yazılar