Bakıda bir evdən oğurluq etməyə “adətkar” olmuş şəxs yaxalanıb.
Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu il iyun ayının 7-dən iyulun 25-dək olan müddət ərzində paytaxt sakini Arzuxanım Fərəcovanın evindən açar seçmək yolu ilə 50000 manat dəyərində qızıl əşyalar və 525 manat pul oğurlanıb.
Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Bakı şəhər sakini Əli Mahmudov tutulub.