
İdmançını öldürən ata-oğulun işi yenidən MƏHKƏMƏDƏ
Sumqayıtda idmançını qətlə yetirməkdə təqsirləndirilən ata və oğul - Ramil və Əhəd İsmayılovların cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
APA-nın məlumatına görə, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əli Məmmədovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb.
Xatırladaq ki, bu iş üzrə əvvəl Cinayət Məcəlləsinin 126.3-cü ( qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə məhkəməyə göndərilmişdi. Lakin məhkəmə istintaqı dövründə iş ağırlaşdırıcı hallarla yenidən istintaqa qaytarılmışdı.
Qeyd edək ki, hadisə 2017-ci ildə Sumqayıt şəhərinin 21-ci məhəlləsində baş verib. Dava zamanı Sumqayıt şəhər sakini olan iki nəfər - 1992-ci il təvəllüdlü Həbibov Rasif Asif oğlu və 1988-ci il təvəllüdlü Dadaşov Samir Tahir oğlu bıçaqlanıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıblar. Dörd gündən sonra R.Həbibov xəstəxanada dünyasını dəyişib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən ata və oğlu - Ramil və Əhəd İsmayılovlar saxlanılıblar.
Hadisədə iştirak edən şəxslər qonşu olublar. Hadisə söyüş üstündə olub.
Xatırladaq ki, R.Həbibov idmançı olub
Oxşar yazılar

Bulvarda batan qadın belə xilas edildi-VİDEO
6 iyul 2025 , 15:16
Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var - YENİLƏNİB
6 iyul 2025 , 14:02
Qazaxda avtomobil aşdı - Şəhid atası öldü
6 iyul 2025 , 13:36
Laçında yük maşını dərəyə aşdı
6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3
6 iyul 2025 , 08:54
Kürdəmir sakinini qatar vurub öldürdü
5 iyul 2025 , 23:54
Zaqatalada minik maşınları TOQQUŞDU: Ər-arvad öldü - YENİLƏNİB
5 iyul 2025 , 23:19