İçməli su adı altında narkotik vasitə keçirmək istədi
18 iyun 2015 16:40 (UTC +04:00)

İçməli su adı altında narkotik vasitə keçirmək istədi

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan Respublikası vətəndaşları Qədirov Şirxan Balamir oğlu və Paşayev Zaur Böyükağa oğlunun hərəkətləri gömrük əməkdaşlarında şübhə doğurduğundan saxlanılaraq onlarla şifahi sorğu-sual aparılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əvvəlcə Qədirov Şirxan Balamir oğluna məxsus 1 ədəd selofan torbaya baxış keçirilib. Baxış zamanı selofan torbada üzərində “Zam Zam Natural Mineral Water” sözləri yazılmış 2 ədəd plastik qabların birindən 500 ml, digərində isə 90 ml olmaqla ümumilikdə 590 ml, təsiredici maddəsinin miqdarı isə 0,6 qram, "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin"in II siyahısına daxil olan metadon məhlulu aşkar olunub.

 

Daha sonra Qədirov Şirxan Balamir oğlunun üzərində şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı ona məxsus mobil telefonun içərisindən gömrük nəzarətindən gizlədilən, 2 ədəd bükümdə ümumi xalis çəkisi 0,373 qram olan narkotik vasitə - heroin aşkar edilib.

 

Paşayev Zaur Böyükağa oğlunun üzərində aparılan şəxsi yoxlama zamanı isə onun corabından gömrük nəzarətindən gizlədilən, 1 ədəd bükümdə xalis çəkisi  0,132 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

 

Faktla bağlı DGK-nin İstintaq İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 99
avatar

Oxşar yazılar

Azərbaycanda sabiq diplomat SAXLANILDI

Azərbaycanda sabiq diplomat SAXLANILDI

22 iyul 2024 , 23:39
Bakıda "Kia" YANDI

Bakıda "Kia" YANDI

22 iyul 2024 , 22:16
Səfa Mirzəyev VƏFAT ETDİ

Səfa Mirzəyev VƏFAT ETDİ

22 iyul 2024 , 22:06
Bakıda avtobus  yandı

Bakıda avtobus yandı

22 iyul 2024 , 21:11
Xırdalanda qatar uşağı vurub öldürdü

Xırdalanda qatar uşağı vurub öldürdü

22 iyul 2024 , 20:55
Yevlaxda yanğında xəsarət alan azyaşl öldü

Yevlaxda yanğında xəsarət alan azyaşl öldü

22 iyul 2024 , 19:57
Bakıda azyaşlını girov götürüb , öldürəcəyi ilə hədələdilər - Polis...

Bakıda azyaşlını girov götürüb, öldürəcəyi ilə hədələdilər - Polis...

22 iyul 2024 , 19:46
Bakıda uşaq bağçasından OĞURLUQ:  Görün nə apardılar?

Bakıda uşaq bağçasından OĞURLUQ: Görün nə apardılar?

22 iyul 2024 , 19:30