İcazəsiz ov edən şəxs saxlanılıb
30 avqust 2019 09:53 (UTC +04:00)

İcazəsiz ov edən şəxs saxlanılıb

0
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Biləsuvar rayonu Mahmudçala ovçuluq təsərrüfatında icazəsiz ov edən şəxs saxlanılıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ondan 1 ov tüfəngi, 18 patron  və 12 cürə quşu götürülüb.
 
Araşdırma zamanı brakonyerin Neftçala rayonu Qaçaqkənd kənd sakini Bəxtiyar İsmayılov olduğu məlum olub. 
 
Faktla bağlı təqsirkar barəsində protokol tərtib olunub və o, 1066 manat məbləğində cərimə edilib. 
       
  
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 538

Oxşar yazılar