İcarəyə götürdüyü avtomobili saxta sənədlə satdı
06 aprel 2015 12:13 (UTC +04:00)

İcarəyə götürdüyü avtomobili saxta sənədlə satdı

Martın 25-də Xaçmaz şəhərində şəhər sakini Elşad Əhmədova məxsus “VAZ-21011” markalı avtomobildən qohumu Elmin Kərimova məxsus 3000 manat və mobil telefon oğurlanıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, Xaçmaz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin şəhər sakini Xətai Əliyev tərəfindən törədilməsi müəyyən edilib. Araşdırmalar zamanı X.Əliyevin cari il fevral ayının 15-də “055 cars” şirkətinə məxsus “Opel” markalı avtomobili icarə əsasında 30 günlük götürməsi, lakin avtomobili geri qaytarmayaraq sənədlərini saxtalaşdırıb Xaçmaz şəhər sakini Fariz Ağayevə satması da müəyyən edilib.

 

 

Araşdırmalar davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 134
avatar

Oxşar yazılar