Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Emil Məmmədov və Tofiq Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Vəkil Fariz Namazlının APA-ya verdiyi məlumata görə, prosesdə hökm oxunub. Hökmə əsasən, hər iki şəxs 2 il sınaq müddəti təyin olunmaqla 6 il müddətinə şərti olaraq azadlıqdan məhrum olunub. Emil Məmmədov və Tofiq Qasımovun məhkəmə zalından azadlığa buraxılıblar.
Qeyd edək ki, E. Məmmədov mayın 13-də həbs edilib və barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb. Bundan əvvəl isə T.Qasımov həbs edilib.
İttihama görə, E. Məmmədovla T. Qasımov rayon məmurlarını gözdən salan materialları dərc etməmək üçün onlardan pul istəyiblər.