Suraxanı rayonunun Hövsan qəsəbəsində yol-nəqliyyat hadisəsi olub.
DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, fevralın 19-da saat 20 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Masallı rayon sakini Orxan Əsədullayev vurulub və o, xəstəxanaya yerləşdirilib.
Suraxanı RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.