Hövsan və Bilgəh çimərliklərində iki nəfər xilas edilib
22 iyun 2015 02:13 (UTC +04:00)

Hövsan və Bilgəh çimərliklərində iki nəfər xilas edilib

0

Ötən gün axşam saatlarında dənizdə boğulmaq təhlükəsi ilə üzləşən iki şəxs xilas edilib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin  Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda dənizdə (“Hövsan” sularda xilasetmə məntəqəsindən təxminən 450 metr məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.  

 

Bakı şəhəri, Sabunçu rayonunda dənizdə (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən  sudan çıxarılaraq xilas olunub.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 172

Oxşar yazılar