Honkonqda etirazçılarla polis arasında toqquşma: 48 yaralı
09 fevral 2016 07:23 (UTC +04:00)

Honkonqda etirazçılarla polis arasında toqquşma: 48 yaralı

0

Honkonqda etirazçılarla polis arasında baş verən toqquşmalar nəticəsində azı 48 nəfər xəsarət alıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 23 nəfər, o cümlədən insidenti işıqlandıran 4 jurnalist saxlanılıb.

 

Məlumata əsasən, yerli ticarətçilər və onların fəaliyyətini yoxlamaq üçün gələn Ərzaq və Gigiyena Departamentinin  nümayəndələri arasında münaqişə baş verib.

 

Toqquşmalar yerli radikalların ticarətçiləri müdafiə etməsindən sonra başlayıb. Polislər etirazçılara qarşı dəyənək və gözyaşardıcı qazdan istifadə edib. Münaqişənin səbəbləri barədə məlumat verilmir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 331

Oxşar yazılar