Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanınAPA-ya verdiyi məlumata görə, naməlum səbəblərdən baş verən yanğının söndürülməsinə ETSN əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və helikopteri cəlb olunub.
İ. İbrahimova bildirib ki, ərazi dağlıq sahə olduğundan ETSN-in əməkdaşları yanğının qarşısının alınması üçün mümkün olan bütün vasitələrdən istifadə edir. Yanğın 40 sota yaxın sahəni əhatə edib.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ tədbirlər həyata keçirilir.
ETSN havaların isti və quraq keçməsi ilə əlaqədar bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.