Lənkəran rayonunda oğurluqla məşğul olan şəxslər tutulub.
Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 12-də rayon sakini Mehriban Məmmədovaya məxsus evdən məişət əşyaları oğurlamış, habelə həyətindən Burhan Məmmədova məxsus “Saipa” markalı avtomobili qaçırmış həmyerliləri Cəsarət Əhmədov və Amik Balayev tutulub.
Araşdırma aparılır.