Sumqayıt sakini ehtiyatsızlıqdan ölüb.
Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, avqustun 12-də saat 13 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində yaşayan Ruslan Vəliyev həyətində qəsəbə ərazisindən tapdığı TAB-7 markalı mərmini laqunda ilə kəsərkən partlayış baş verib. Nəticədə R.Vəliyev xəstəxanaya yerləşdirilib və orada ölüb. Həyətdə olan “Tavriya” markalı avtomobil isə yanıb.
Araşdırma aparılır.