Həştərxan qubernatoru  Bakıya gəlib
12 iyun 2015 14:59 (UTC +04:00)

Həştərxan qubernatoru Bakıya gəlib

0

 Bakı-2015 Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gəlib.
 

Lent.az-ın məlumata görə, səfər çərçivəsində Həştərxan nümayəndə heyəti müxtəlif idman növləri üzrə yarışları, xüsusilə də Həştərxan idmançılarının da daxil olduğu Rusiya yığmasının qatıldığı yarışları izləyəcəklər.
 

Qeyd edək ki, bütün Rusiyada olduğu kimi Həştərxan vilayətində Bakıda keçirilən Avropa Oyunları böyük maraqla qarşılanır və dəstəklənir. Belə ki, Bakı-2015 I Avropa Oyunlarına dəstək kampaniyası çərçivəsində Həştərxan şəhərində bu Oyunların açılış mərasimi ərəfəsində dəstək aksiyası keçirilib.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 235

Oxşar yazılar