Həsən Həsənovun meyiti Azərbaycana qaytarıldı
02 oktyabr 2014 13:50 (UTC +04:00)

Həsən Həsənovun meyiti Azərbaycana qaytarıldı

0

 


Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının aidiyyəti beynəlxalq təşkilatlarla apardığı səmərəli danışıqlar nəticəsində Azərbaycan Respublikasının Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonu ərazisində işğalçı ordunun hərbçiləri tərəfindən iyulun 11-də qətlə yetirilmiş Azərbaycan Respublikasının vətəndaşı, 1978-ci il təvəllüdlü Həsənov Həsən Fərman oğlunun nəşi bu gün qarşı tərəfdən alınıb. Dövlət Komissiyasından Lent.az-a verilən məlumata görə, insidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5317

Oxşar yazılar