Lənkəranda yanğın hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə ötən gecə rayonun Göyşaban kənd sakini, 1939-cu il təvəllüdlü Elçin Müslüm oğlu Əliyeva məxsus fərdi yaşayış evində qeydə alınıb. Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyləri ilə yanğının ıhatə dairəsinin genişlənərək qonşu tikililərə keçməsinin qarşısı Ev sahibi deyib ki, ikiotaqlı evini bir hərbçiyə kirayə veribmiş.
Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 80 kvadratmetr olan birmərtəbəli 2 otaqlı evin 1 otağı 36 kvadratmetr sahədə içindəki məişət əşyaları ilə birlikdə yanaraq yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır.