Hərbi xidmətdən yeni qayıdan oğlan faciəvi şəkildə öldü
09 oktyabr 2014 16:21 (UTC +04:00)

Hərbi xidmətdən yeni qayıdan oğlan faciəvi şəkildə öldü

0
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Sabirabad Rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə ötən gün Sabirabad rayonunun Qaragüney kəndi ərazisində baş verib.

 

Sabirabad rayon sakini Mirdamət Tahir oğlu Bibiquliyev idarə etdiyi “QAZel” markalı avtomobillə rayonun Minbaşı kənd sakini, 1995-ci il təvəllüdlü Cəfərov Murad İntiqam oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

Qeyd edilir ki, Murad Cəfərov oktyabrın 2-də ordu sıralarında hərbi xidmətini başa vuraraq tərxis olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3064

Oxşar yazılar